Dünya Turizm Təşkilatının İcraiyyə Şurasında sədrlik Azərbaycandan Argentinaya keçib




Madrid, 19 yanvar, AZƏRTAC
Dünya Turizm Təşkilatının İcraiyyə Şurasında (DTT İŞ) sədrliyin 2018-ci ildə Argentinaya keçməsi ilə əlaqədar təntənəli mərasim təşkil olunub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, Azərbaycan Respublikasının DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, bu baxımdan ölkəmizin 2017-ci ildə İcraiyyə Şurasına uğurla sədrlik etdiyini bildirib.
Argentinanın sədrliyinin də turizmin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edən səfir Anar Məhərrəmov bu əlamətdar hadisə ilə bağlı təsis edilmiş rəmzi lövhəni Argentinanın turizm naziri Gustavo Santosa təqdim edib.
Diplomat 2017-ci ildə DTT İŞ sədri olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səmimi salamlarını və təbriklərini Gustavo Santosa çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.07.2025 [21:12]
Rusiyadan Azərbaycana gəlmək istəyən turistlərin sayında ciddi azalma yoxdur
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]