Dünya və Avropa çempionu Avstraliya klubuna keçib
Bakı, 5 sentyabr, AZƏRTAC
İspaniya millisinin sabiq futbolçusu Xuan Matanın yeni klubu məlum olub.
AZƏRTAC xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avstraliyanın “Sidney Uonderers” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.
X. Mata son olaraq Yaponiyanın “Vissel Kobe” komandasında çıxış edib.
Qeyd edək ki, Xuan Mata karyerası ərzində “Real Madrid”, “Valensiya” ( hər ikisi İspaniya), “Çelsi, “Mançester Yunayted” ( hər ikisi İngiltərə) “Qalatasaray” (Türkiyə) formaları geyinib. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]