SİYASƏT
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası yüksək səviyyədə təşkil edilmişdir VİDEO
Bakı, 2 iyun (AZƏRTAC). Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası yüksək səviyyədə təşkil edilmişdir.
Bu sözləri Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçısı, Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Bakıda olmağından məmnunluğunu bildirən Abdullah bin Fəhd Əl-Hüseyn demişdir: “Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda yüksək səviyyədə təşkil edilən birinci iclası qurumun V Konqresinə hazırlıq məqsədi daşıyır. Bugünkü iclasda biz AZƏRTAC-ın 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə uğurla ev sahibliyi edəcəyinə bir daha əmin olduq”.
Tədbir çərçivəsində Qəbələdə və Şamaxıda olduqlarını xatırladan qonaq hər iki rayonda göstərilən yüksək qonaqpərvərlikdən razı qaldıqlarını vurğulamışdır.