Dünya yaş qrupları yarışlarında aero dans proqramında finalçılar müəyyənləşib
Bakı, 22 may, AZƏRTAC
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında aero dans proqramında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 15-17 yaşlı idmançıların yarışında Rusiya (17,450 xal), Rumıniya, Macarıstan (hər ikisi 17,200 xal), Avstriya (16,200), Ukrayna və Portuqaliya (hər ikisi 16,100 xal) təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəliblər.
Final yarışları mayın 23-də təşkil olunacaq.
Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.
Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.