DÜNYADA 850 MİLYON İNSAN ACLIQDAN, TƏXMİNƏN BİR MİLYARD ADAM KÖKLÜKDƏN ƏZİYYƏT ÇƏKİR
FAO-nun baş katibi Jak Diuf hökumətləri və özəl kapitalı yoxsul ölkələrin kənd təsərrüfatına sərmayə yatırımını artırmağa çağırmışdır. Onun sözlərinə görə, bu, BMT-nin 2002-ci ildə müəyyən etdiyi qlobal inkişafın ən mühüm məqsədlərindən birini – dünyada acların sayını 2015-ci ilədək iki dəfə azaltmaq məqsədini həyata keçirmək üçün lazımdır. BMT-nin hesablamalarına görə, bunun üçün 19 milyard dollar həcmində sərmayə gərəkdir.
Bununla yanaşı, məlumatda deyilir ki, zəngin və yeni sənaye ölkələri əhalisinin düzgün qidalanmamaq nətsicəsində məruz qaldığı köklük və piylənmə də qlobal sağlamlıq üçün təhlükə törədir. Artıq çəki ürək-damar xəstəliklərinə, o cümlədən infarkta və hipertoniyaya, diabetə və xərçəngin bəzi formalarına səbəb olur.
Ekspertlərin hesablamalarına görə, Avropa İttifaqı ölkələrində səhiyyə büdcəsinin 7 faizi köklüklə bağlı xəstəliklərin müalicəsinə gedir. Təkcə İtaliyada belə xəstəliklərin müalicəsinə ildə 23 milyard avro xərclənir.