Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada insan kapitalının inkişafında yeni mərhələ: şəxsi inkişaf və rifah xidmətlərinin yüksəlişi

Dünyada insan kapitalının inkişafında yeni mərhələ: şəxsi inkişaf və rifah xidmətlərinin yüksəlişi

Bakı, 30 iyun, AZƏRTAC

Müasir dünya texnologiya, süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı ilə yanaşı, həm də insan kapitalına münasibətin dəyişməsi ilə xarakterizə olunur. Əgər əvvəllər dövlətlərin və təşkilatların əsas diqqəti iqtisadi göstəricilərin, istehsalın və maddi resursların artırılmasına yönəlirdisə, son onilliklərdə insanın bilik və bacarıqları ilə yanaşı, onun həyat keyfiyyəti, rifahı, daxili motivasiyası və şəxsi inkişafı da inkişafın mühüm komponentləri kimi qəbul edilməyə başlanıb.

Bu fikirlər şəxsi inkişaf üzrə mentor, kouç İlahə Allahverdiyevanın “Dünyada insan kapitalının inkişafında yeni mərhələ: şəxsi inkişaf və rifah xidmətlərinin yüksəlişi” adlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Hazırda cəmiyyətin qarşısında duran əsas çağırışlardan biri insanların sürətlə dəyişən sosial, iqtisadi və texnoloji mühitə uyğunlaşmasını təmin etməkdir. İnformasiya axınının artması, iş həyatının intensivləşməsi, yeni peşələrin yaranması və həyat tərzinin dəyişməsi fərdlərdən yalnız peşəkar bilik deyil, həm də yüksək ünsiyyət bacarıqları, emosional dayanıqlılıq, özünüidarəetmə, məqsədyönlülük və davamlı öyrənmə qabiliyyəti tələb edir.

Məhz bu səbəbdən son illərdə dünyada insanların fərdi potensialının inkişaf etdirilməsinə yönəlmiş xidmətlərə maraq əhəmiyyətli dərəcədə artıb. Bu xidmətlər insanın özünü daha yaxşı tanımasına, şəxsi bacarıqlarını inkişaf etdirməsinə, həyat məqsədlərini müəyyənləşdirməsinə, fərqindəliyini artırmasına və ümumi rifahını gücləndirməsinə dəstək göstərməyi hədəfləyir.

Bu tendensiya beynəlxalq təşkilatların yanaşmalarında da öz əksini tapır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) artıq uzun illərdir ki, ölkələrin inkişafını yalnız iqtisadi göstəricilərlə deyil, insanların rifahı, həyat keyfiyyəti və subyektiv rifah göstəriciləri ilə birlikdə qiymətləndirən yanaşmanı təşviq edir. Bu məqsədlə təşkilat rifahın müxtəlif ölçülərini əhatə edən metodoloji çərçivələr və beynəlxalq müqayisəli göstəricilər hazırlayır.

Eyni zamanda, qlobal xidmət iqtisadiyyatında “wellness” anlayışı son illərdə ən sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrilib. Beynəlxalq tədqiqatlara əsasən, qlobal “wellness” iqtisadiyyatı 2024-cü ildə 6,8 trilyon ABŞ dollarına çatıb, son on ildə təxminən iki dəfə böyüyüb. Mövcud proqnozlara görə bu göstəricinin 2029-cu ilədək 9,8 trilyon ABŞ dollarına yüksələcəyi gözlənilir. Hesabatlarda xüsusilə “mental wellness” istiqaməti ən sürətlə böyüyən sahələrdən biri kimi göstərilir.

Müasir beynəlxalq praktikada insanların fərdi inkişafına yönəlmiş xidmətlər müxtəlif anlayışlarla ifadə olunur. Ən geniş istifadə edilən terminlər sırasında Personal Wellness, Personal Development, Personal Growth, Mindfulness Training, Consciousness Development, Transformational Development, Wellbeing Services, Personal Transformation Programs və Self-awareness Programs yer alır. Terminlər fərqli olsa da, onların ortaq məqsədi insanın şəxsi potensialının inkişafına, həyat keyfiyyətinin yüksəldilməsinə və rifahının dəstəklənməsinə yönəlmiş proqram və xidmətləri ifadə etməkdir.

Bu fəaliyyət istiqamətləri insanların özünü tanımasına, şəxsi və mənəvi inkişafına, fərqindəliyinin artırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə, daxili motivasiyasının gücləndirilməsinə, həyat məqsədlərinin və şəxsi dəyərlərinin müəyyənləşdirilməsinə, meditasiya və zehinlilik bacarıqlarının inkişaf etdirilməsinə, ümumi rifahının dəstəklənməsinə yönəlmiş müxtəlif təlim, mentorluq, fasilitasiya və inkişaf proqramlarını əhatə edir.

Burada mühüm məqamlardan biri bu fəaliyyətlərin mahiyyətinin düzgün müəyyənləşdirilməsidir. Beynəlxalq praktikada qeyd olunan xidmətlər ümumilikdə insanların öyrənməsi, fərdi inkişafı və həyat bacarıqlarının gücləndirilməsinə yönəlmiş xidmətlər kimi qiymətləndirilir. Bu fəaliyyətlər tibbi xidmət, psixoterapiya və ya psixoloji diaqnostika ilə eyniləşdirilmir; onların məqsədi xəstəliklərin diaqnostikası və ya müalicəsi deyil, insanların şəxsi inkişaf prosesinin dəstəklənməsi və müxtəlif inkişaf proqramlarının həyata keçirilməsidir.

Bütün bunlar göstərir ki, son onilliklər ərzində dünyada insan kapitalının inkişafına yanaşma əhəmiyyətli dərəcədə dəyişmişdir. Müasir dövrdə inkişaf dedikdə təkcə iqtisadi artım deyil, eyni zamanda insanın potensialının reallaşdırılması, rifahı, həyat keyfiyyəti və davamlı inkişafı da nəzərdə tutulur. Şəxsi inkişaf və rifah xidmətlərinin sürətli inkişafı da məhz bu qlobal transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell“ “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib