“DÜNYANI HEYRAN QOYAN İNSAN” KİTABININ TƏQDİMATI
Bu bənzərsiz nəşrin ideya müəllifi və buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevdir.
Kitabda dünyanın görkəmli siyasi və dövlət xadimlərinin, diplomatlardan, ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərindən tutmuş biznes nümayəndələrinə, jurnalistlərə qədər ən müxtəlif peşə sahiblərinin otuz il siyasi hakimiyyətin zirvəsində olan ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu Prezident Heydər Əliyev haqqında fikirlərinin bir hissəsi toplanmışdır.
Kitabın tərtibçi-redaktorları AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, baş direktorun birinci müavini Vaqif Musayev, Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Dağbəyi İsmayılovdur. Fotoların müəllifləri agentliyin Fotoinformasiya baş redaksiyasının baş redaktoru Oqtay Aydınoğlu, habelə Rafiq Bağırov və Yaşar Xəlilovdur. Kitab AZƏRTAC-ın kompüter mərkəzində yığılıb səhifələnmiş və Azərnəşrin qrifi ilə Türkiyədə çap olunmuşdur.
Təqdimat mərasimini Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev açdı.