EANA-nın konfransında Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas çıxış edib
Berlin, 4 aprel, AZƏRTAC
Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) Berlində davam edən konfransında Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas çıxış edib.
AZƏRTAC xəbər verir ki, dünya xəbər sənayesində Avropanın xüsusi yer tutmasından bəhs edən ali qonağın sözlərinə görə, bu əsrdə Avropa İttifaqı xəbərlərin yaranmasının mərkəzidir. Akkreditə edilmiş jurnalistlərin çoxu Avropa İttifaqının payına düşür.
Avropa Komissiyasının mətbuat katibi vurğulayıb ki, bu baxımdan, konfransın əsas mövzusu olan feyk xəbərlərə və yanlış informasiyaya qarşı mübarizə məsələsində əsas məsuliyyət məhz Avropa İttifaqının və EANA-nın üzvləri olan agentliklərin üzərinə düşür.
Sxinas konfrans iştirakçılarının, o cümlədən AZƏRTAC-ın xüsusi müxbirinin suallarına cavab verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]