EANA treninq proqramını bərpa edir
Berlin, 4 aprel, AZƏRTAC
Bu gün Almaniyanın “dpa” xəbər agentliyinin binasında keçirilən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransında agentliyin rəhbəri Piter Kropş alyans tərəfindən gənc mütəxəssislər üçün nəzərdə tutulan treninq proqramının bərpa edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, proqram qismən EANA-nın büdcəsindən maliyyələşdirilmə hesabına həyata keçiriləcək. Mütəxəssislərin nəqliyyat və yol xərcləri EANA-nın hesabına təmin ediləcək. Piter Kropş xatırladıb ki, belə treninqlərdən biri Rumıniyanın “AGERPRESS” agentliyinin iştirakı ilə keçirilib. Alyans treninqin növbəti raundunu Çexiyanın “CTK” agentliyinin iştirakı ilə həyata keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]