ƏCNƏBİ GƏNCLƏR AZƏRBAYCAN HAQQINDA OBYEKTİV FİKİR SÖYLƏYİRLƏR
Bakı, 10 avqust (AZƏRTAC). Gənclər və idman nazirinin müavini İntiqam Babayev demişdir ki, ölkədə gənclərin ictimai fəallığının artırılmasına yönələn bir çox tədbirlər həyata keçirilir. Son beş ildə Azərbaycanda gənclərlə iş sahəsində 70-ə yaxın beynəlxalq tədbir- treninqlər, konfranslar, seminarlar təşkil edilmişdir. Bu tədbirlərdə minlərlə əcnəbi gənc ölkəmizin həqiqətləri ilə tanış olmuşlar. Onlar ictimai fəal insanlar kimi ölkələrində Azərbaycan haqqında obyektiv fikirlər söyləyir, müsbət rəy yaradırlar.
Azərbaycan gəncləri də müxtəlif ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər. Hər il orta hesabla nazirliyin xətti ilə 150-200 gənc beynəlxalq tədbirlərdə iştirak üçün müxtəlif xarici ölkələrə göndərilir. Bununla da gənclərimiz dünyada ölkəmizin təbliğində fəal iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]