Əcnəbilər ötən il Estoniyada 410 milyon avro xərcləyiblər
Tallin, 10 fevral, AZƏRTAC
2020-ci ildə turizm axınının kəsilməsi Estoniya üçün ciddi maliyyə itkiləri ilə nəticələnib. Ötən il əcnəbi turistlər Estoniyada 410 milyon avro xərcləyib ki, bu da 2019-cu ilə nisbətən bir milyard avro azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Bankı məlumat yayıb.
Bildirilib ki, ölkədə əcnəbi turistlərin yarısını finlər təşkil etsə də, il ərzində onların sayı 64 faiz azalıb. Böhran Latviya və Litvadan gələn turist axınına isə daha az təsir edib. Buna baxmayaraq, bu ölkələrin sakinləri Estoniyaya iki dəfə az səfər edib.
İl ərzində birgünlük səfərlərin sayı milyon dəfə azalıb və ümumi sayın 40 faizini təşkil edib. Estoniyaya bir neçə gün davam edən səfərlərin sayı bir il əvvələ nisbətən 70 faiz az olsa da, onların ortalama müddəti dörd gecəyədək artıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]