“ƏDƏBİ İRƏVAN-2004” ALMANAXININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın “Mənəviyyatın aynası...” sərlövhəli ön sözündə vurğulanır ki, qədim Oğuz yurdunun övladları harada yaşamalarından asılı olmayaraq, mədəniyyət, memarlıq abidələri yaratmış, gələcək nəsillərə ədəbiyyat incilərini də yadigar qoymağı unutmamışlar. Onların yaratdıqları dəyərli sənət inciləri Azərbaycan mədəniyyətinin mühüm qollarından biri hesab edilir.
Mərasimdə almanaxın tərtibçisi və redaktoru Əli Vəkil kitabın hazırlanması prosesindən, qarşıdakı illərdə növbəti cildlərə hazırlıq apardığından danışmış, təqdimatı keçirilən toplunun işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirmişdir.
Şairlərdən Ramiz Heydər, Həsən Mirzə və başqaları 150-dən artıq müəllifin əsərlərinin toplandığı belə almanaxların növbəti illərdə də nəşr etdirilməsinin əhəmiyyətindən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]