“Ədəbiyyatımızda, mədəniyyətimizdə və tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək
Bakı, 14 aprel, AZƏRTAC
Oktyabrın 4-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, məruzə tezisləri avqustun 1-dək qəbul ediləcək. Konfrans haqqında daha ətraflı məlumat və məruzə tezislərinin tərtibi qaydaları ilə muzeyin saytında tanış olmaq mümkündür.
Konfransdan sonra onun materialları PDF formatında muzeyin saytında yerləşdiriləcək.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 492 38 27
E-mail: [email protected]