Efiopiyanın mədəniyyət və turizm naziri Azərbaycan Turizm və Menecment Universitetində olub
Bakı, 16 may, AZƏRTAC
Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri xanım Meaze Gebremedhin Gebreegzinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov qonaqlara universitetin yaranma tarixi, beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüşdə, həmçinin Azərbaycanda turizmin vəziyyəti, region və ölkə səviyyəsində inkişaf perspektivləri, o cümlədən ATMU-nun inkişaf strategiyası müzakirə olunub. Qonaqların Azərbaycanın əsas turizm məhsulu və regionlarda turizmin vəziyyəti ilə bağlı sualları cavablandırılıb, eyni zamanda, ATMU ilə əməkdaşlıq məsələsinə münasibət bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]