ƏFQANISTAN BORCLARI LƏĞV ETMƏK BARƏDƏ ABŞ-IN QƏRARINI ALQIŞLAYIR
ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon MakKormak Paris Kreditorlar Klubu adlanan təşkilata daxil olan ölkələri Əfqanıstanın borclarını silməyə çağırmışdır. O vurğulamışdır ki, çoxlu problemə baxmayaraq, Əfqanıstan sabit bazar iqtisadiyyatı qurmaq niyyətindədir. Əgər Paris Klubu Əfqanıstanın borcları problemini həll edərsə, proses bu ölkənin öz iri kreditorları, habelə başqa dövlətlərlə ticarət və digər əlaqələrinin inkişafına təkan verəcəkdir.
Xatırladaq ki, fevralın 6-da Rusiya və Almaniya da Əfqanıstanın borclarını sildiklərini elan etmişlər. Ötən həftə Londonda donor ölkələrin iştirakı ilə konfrans keçirilmişdir. Tədbirdə 70-ə yaxın ölkə Əfqanıstana 10 milyard dollardan çox vəsait ayrılması barədə qərar qəbul etmişdir. Bu vəsait Əfqanıstan iqtisadiyyatının güclənməsinə, narkotiklər alveri ilə mübarizəyə və təhlükəsizliyin möhkəmlənməsinə yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]