ƏFQANISTAN ƏHALİSİ TALİBLƏRİ DƏSTƏKLƏMƏYƏ BAŞLAYA BİLƏR
Onun sözlərinə görə, əgər qış dövründə sadə əfqanların həyatında yaxşılığa tərəf nəzərəçarpacaq dəyişikliklər baş verməsə, əhalinin 70 faizi indiki hökuməti daha dəstəkləməyəcək və talib yaraqlılarına kömək göstərməyə başlayacaqdır.
Generalın fikrincə, insanlar daha beş il daim terror aktlarına və basqınlara dözməkdənsə, “Taliban”ın hakimiyyəti altında yaşamağı üstün tutacaqlar.
Xatırladaq ki, bu il taliblər Əfqanıstanın cənub bölgələrində fəaliyyətini xeyli gücləndirmişlər. Yaraqlıların hücumları elə geniş miqyas almışdır ki, Əfqanıstanda təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin komandanlığı son aylar bir sıra iri xüsusi əməliyyat keçirməyə məcbur olmuşdur.
Taliblərin güman edildiyindən daha güclü düşmən olduqlarını bundan əvvəl Qərbin bir çox siyasətçiləri də bildirmişdilər. Məsələn, Böyük Britaniyanın Baş naziri Toni Bleyer etiraf etmişdir ki, Əfqanıstanın cənubunda yaraqlıların müqavimətini qırmaq gözlənildiyindən qat-qat çətin olmuşdur.
Bütün bunlarla əlaqədar ABŞ Senatı Əfqanıstan və İraqda hərbi əməliyyatlar aparılmasına əlavə olaraq 70 milyard dollar ayrılması haqqında qanun layihəsini yekdilliklə bəyənmişdir.