Əfqanıstanda minomyot hücumu nəticəsində 23 nəfər ölüb
Bakı, 29 iyun, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində minomyotdan açılan atəş nəticəsində azı 23 nəfər həlak olub.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, bir neçə mərmi Sanqin rayonundakı bazarın ərazisinə düşüb. Həmçinin bomba yüklü avtomobilin partladıldığı bildirilir.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]