Əfqanıstanın paytaxtında partlayış insan tələfatı ilə nəticələnib YENİLƏNİB
Bakı, 11 avqust, AZƏRTAC
Əfqanıstan paytaxtı Kabilin qərbindəki Dəşte Bərşi məhəlləsində bomba yerləşdirilmiş avtomobil partladılıb.
AZƏRTAC Əfqanıstanın AMU televiziyasına istinadla xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Bildirilir ki, bomba yerləşdirilmiş mikroavtobusun partladılması 1 nəfərin ölümü, 11 nəfərin xəsarət alması ilə nəticələnib.
17:50
Əfqanıstan paytaxtı Kabilin qərbində dövlətə məxsus neft anbarı yaxınlığında avtomobil partladılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, insident nəticəsində ölənlər var. Təhlükəsizlik xidməti partlayışın baş verdiyi əraziyə girişi məhdudlaşdırıb, hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.
Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]