ƏHALİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Sakinlər onları narahat edən məsələlər - avtomobil yollarının, tibb məntəqələrinin əsaslı təmirə ehtiyac duyduqları, içməli su sarıdan korluq çəkdikləri, idman meydançasının olmaması barədə məlumat vermiş, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildirmişlər.
İcra başçısı, Azərbaycan Prezidentinin 2005-ci il 14 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, yaxın günlərdə kəndlərə yeni avtomobil yolunun çəkiləcəyini, elektron tipli yeni ATS-in qurulacağını, əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə artezian quyularının qazılacağını bildirmişdir.