ƏHALİNİN TƏHLÜKƏLİ ƏRAZİDƏN EVAKUASİYASI DAVAM EDİR
Sabirabad, 10 may (AZƏRTAC). Təbii fəlakətə məruz qalmış Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Qaragüney, Dadaşbəyli, Moranlı, Bala Həşimxanlı kəndləri əhalisinin evakuasiyası başa çatmışdır. Rayonun daşqın təhlükəsi ilə üzləşə biləcəyi ehtimal olunan daha 5 kəndinin əhalisi də köçürülür. Təbii fəlakət rayonunda Daxili İşlər Nazirliyinin şəxsi heyəti keşik çəkir.
Şirvan şəhərində və Sabirabad rayonunda evakuasiya olunmuş 4 minədək insan çadırda yerləşdirilmişdir. Bir sıra zəruri infrastrukturlar yaradılmış, ərzaq təminatı həyata keçirilir. Səhiyyə Nazirliyinin həkim briqadaları da burada növbə çəkir. Nazirliyin müvafiq qurumları çadırlarda yoluxucu xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya tədbirlərinin icrasına başlamışlar.
Bakı-Horadiz dəmiryol xəttinin Osmanlı stansiyasında yolun daşqın nəticəsində dağılmış infrastrukturunun bərpası istiqamətində işlər fasiləsiz davam etdirilir.
Şirvan şəhərini və Sabirabad rayonlarını birləşdirən 2 avtomagistral su altında qaldığından Nəqliyyat Nazirliyinin xətti ilə alternativ yol çəkilir.
Qeyd edək ki, son gün ərzində çayda suyun səviyyəsi 10 santimetrədək aşağı düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]