“ƏHLİ-BEYT” TƏŞKİLATI 20 YANVARA HƏSR OLUNMUŞ MATƏM TƏDBİRİ KEÇİRMİŞDİR
Rusiyanın müsəlman icması nümayəndələrinin iştirak etdikləri mərasimdə “Əhli- Beyt”in sədri hacı Nizami Baloğlanov çıxış edərək, Azərbaycan xalqının yaddaşında əbədi qalacaq o faciəli günlərdən danışmışdır. O bildirmişdir ki, 20 Yanvar Azərbaycanın ən yeni tarixinə qara hərflərlə yazılmışdır. Bu, hüzn günü, qəhrəmanlıq günü, sınaq günüdür, hərbi təcavüz nəticəsində həlak olanlar isə xalq qəhrəmanları, milli qəhrəmanlarımızdır.
Çıxış edənlər həmin dövrdə aparılan təcavüzkar siyasət barədə danışmış, hadisələrin bəzi təfsilatlarını xatırlamışlar. Mərasim iştirakçıları arasında faciəli Bakı hadisələrinin bilavasitə şahidləri də var idi.
Matəm mərasiminin sonunda şəhidlərin ruhuna dua oxunmuşdur.