Əhməd İsmayılov : Media subyektlərinə maliyyə yardımın məqsədi onların iqtisadi müstəqilliyinin təmin olunmasıdır
Bakı, 2 iyul, AZƏRTAC
Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən, 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin MEDİA tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.
Bu maliyyə dəstəyinin məqsədyönlü olduğunu bildirən Ə.İsmayılov qeyd edib: “Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman maliyyə yardımı dayandırılacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:42]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]