ƏHMƏDBƏYLİ KƏNDİNDƏ YENİ MƏKTƏB TİKİLİR
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Saatlının Əhmədbəyli kəndində 200 yerlik məktəb binası tikilir. İnşaat işlərinə 600 milyon manat vəsait ayrılmışdır. Az müddətdə 135 milyon manatlıq iş görülmüşdür.
Rayon Təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni məktəb binasının gələn ilin martında istifadəyə verilməsi nəzərdə tutulur.