“Ekoerudit” “Breyn – rinq” intellektual oyununun Bakı zona mərhələsinin qalibləri müəyyənləşdirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Bakıdakı 164 nömrəli tam orta məktəbdə məktəblilərin “Ekoerudit” ekoloji “Breyn-rinq” intellektual oyununun Bakı zona mərhələsi keçirilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə keçirilən “Ekoerudit” “Breyn - rinq” yarışında paytaxt məktəbliləri də uğurla iştirak etmişlər.
Bakının 12 rayonu üzrə hər rayondan bir qalib komanda olmaqla, ümumilikdə, 12 komanda Bakı zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Birinci ekorinqdə 6 cüt komanda (“Günəş” - “Təbiətin dostları”, “Neftçi” - “Eko balans”, “Eko” - “Gənc təbiətçilər”, “Erudit” - “Azəri ekoloqlar”, “Rezonans” -“Defenders”, “Səma” - “Eko Piramida”), ikinci ekorinqdə isə 3 cütlük (“Erudit”-“Defenders”, “Rezonans” - “Təbiətin dostları”, “Azəri ekoloqlar” - “Eko Piramida”) yarışmışlar. Komanda üzvləri suallara həm yazılı, həm də şifahi şəkildə cavab vermişlər.
Məktəblilərin “Ekoerudit” ekoloji “Breyn - rinq” yarışının Bakı zona mərhələsində fəal iştirak etdiklərinə görə paytaxtdakı 318, 58, 61 nömrəli tam orta məktəblərin “Azəri ekoloqlar” “Eko Piramida”, “Rezonans” komandaları I, II, III yerlərin qalibi olmuş və respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]