“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində yaşıllaşdırma tədbirlərinə böyük önəm verilir
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, zərərli tullantıların təsirinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, ətraf mühitin mühafizəsi mühüm amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. Yaşıllıqların salınması və onlara aqrotexniki xidmətlərin göstərilməsi müəssisənin torpaqların rekultivasiyası departamenti və inzibati təsərrüfat şöbəsi tərəfindən həyata keçirilir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, hazırda müvafiq idarələrin mütəxəssisləri ARDNŞ-in qaz emalı zavodunun istehsalat sahəsində, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft”, “Abşeronneft” və Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin mədən ərazilərində müxtəlif ağac, bəzək və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərirlər.
Müəssisənin Heydər Əliyev adına Bakı neft emalı zavodunun ərazisindəki xidmət sahəsində və torpaqların rekultivasiyası departamentinin Zığ şosesindəki inzibati binasının ərazisində ümumilikdə 100 minə qədər müxtəlif növ ağac, bəzək və gül kolları aqrotexniki qaydada becərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]