“Ekol Mühəndislik Xidmətləri” QSC xarici əlaqələrin genişləndirilməsində maraqlıdır
Bakı, 21 aprel (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş ofisində Avstriya-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə baş direktor Ramil Əliyev qonaqlara QSC-in fəaliyyəti haqqında qısa məlumat vermişdir. Nümayəndə heyətinə başçılıq edən Vyana Şəhəri İcra Hakimiyyəti departamentinin rəisi Andreas Launer Avstriya ilə Azərbaycan arasında yaranmış sıx dostluq əlaqələrini və bir çox sahələrdə inkişaf etməkdə olan əməkdaşlıq münasibətlərini qeyd etmişdir. Bildirmişdir ki, görüş QSC ilə yaxından tanış olmaq, sentyabr ayında keçiriləcək tədbirə hansı məsələlərin daxil edilməsi barədə təklifləri öyrənmək və əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müzakirələr aparmaq məqsədi daşıyır.
R.Əliyev xarici əlaqələrin genişləndirilməsində, beynəlxalq və xarici şirkətlərlə əməkdaşlıq münasibətlərinin yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırmışdır. O, Bakıda keçiriləcək konfrans-sərgi barədə mövqeyini bildirmiş, tullantıların idarə olunması, eləcə də digər aktual ekoloji problemlərin tədbirdə öz əksini tapmasının məqsədəuyğunluğunu qeyd etmişdir.
Görüşdə şəhərsalma, park və muzeylərin inşası, ətraf mühitin mühafizəsi sahəsində qabaqcıl texnologiyalar və qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]