Ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş olimpiada keçiriləcəkdir
Bakı, 30 mart (AZƏRTAC). Aprelin 6-dan 9-dək Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “İnepo-Avrasiya”- Ətraf mühitin mühafizəsi V Beynəlxalq layihə olimpiadası keçiriləcəkdir. Ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, ARDNŞ, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı ilə baş tutacaqdır.
Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəslə bilik vermək, şagirdlərin ekoloji şüurunu inkişaf etdirmək, ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaq və sairdir.
Xatırladaq ki, 2007-ci ildən keçirilən olimpiadada ötən il 33 ölkədən 300-ə qədər iştirakçı yarışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]