REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Ağdamda vətəndaşları qəbul edib VİDEO
Ağdam, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 30-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının sakinlərini qəbul edib, onların fikir və təkliflərini dinləyib.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verib.
Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.