Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI

-Zati aliləri, cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Cənab Prezident, Sizin ölkəyə rəhbərlik etdiyiniz dövr qlobal miqyasda həddən artıq mürəkkəb, ziddiyyətli və çətin siyası, iqtisadi, mənəvi və ekoloji proseslərin tüğyan etdiyi bir zamanla üst-üstə düşür. Lakin fəaliyyətinizdə nümayiş etdirdiyiniz dəmir iradə, qətiyyət, müasirlik, Sizə xas olan yüksək intellekt, zəka, ulu öndərimizin zəngin və nadir həyat və idarəçilik təcrübəsini tam şəkildə davam etdirməyiniz sayəsində dünyada gedən proseslərin fonunda ölkəmiz fenomenal nəticələri ilə seçilir. Bu dövr bir çox istiqamətlərdə rekordlar və ya Azərbaycan tarixində ilk dəfə başlanmış işlər dövrünə çevrilmişdir.

İqtisadi inkişaf sürəti, iş yerlərinin yaradılması, müstəqilliyin möhkəmləndirilməsi, ölkənin özünü təsdiqi, ordu quruculuğu kimi sahələrlə bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi məsələləri daim Sizin diqqət mərkəzinizdə olmuşdur. Məhz bunun sayəsində, digər sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində də əvvəlki illərdə başlanmış işlər 2008-ci ilin birinci rübündə uğurla davam etmiş, yeni layihələrin icrasına başlanmış, konkret işlər görülmüşdür.

Cənab Prezident, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəni təmin etmək, bu sahədə nəzarət sistemini təkmilləşdirmək məqsədi ilə cərimələr Sizin dəstəyiniz, Nazirlər Kabinetinin qərarı ilə 40-60 dəfə artırılmış, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar artaraq 2008-ci ilin birinci rübündə 2007-ci ilin müvafiq dövrünə nisbətdə 230 faiz təşkil etmişdir. Ətraf mühitin, bioloji resursların və meşələrin mühafizə olunması sahəsində nəzarətin gücləndirilməsi hesabına hüquq mühafizə orqanlarına və məhkəmələrə 166 iş göndərilmişdir. Hazırda bu sahədə problem belə işlərin çoxalması nəticəsində baxıldıqdan sonra onların icraatı ilə bağlıdır.

Tərəfinizdən təsdiq olunmuş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın icrası üçün ayırdığınız 18,5 milyon manat vəsaitdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 700 min manat vəsaitin 100 min manatı hesabına Heydər Əliyev adına beynəlxalq hava limanı ətrafının ekoloji sağlamlaşdırılması məqsədi ilə 21 layihə-smeta sənədi hazırlanmış və ekspertizadan keçirilməsi üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Ayrılan vəsaitin 600 min manatı hesabına isə Sumqayıtda toplanılmış 170 min ton civə tullantılarının 19,4 min tonu Təhlükəli Tullantılar Poliqonuna daşınaraq qanunamüvafiq zərərsizləşdirilmişdir.

Növbəti mərhələ üzrə 2008-ci il üçün ayrılmış 3,5 milyon manat vəsaitin hesabına bu tullantıların zərərsizləşdirilməsi məqsədi ilə tender elan olunmuşdur. Eyni zamanda, Sumqayıt Alüminium zavodunun ərazisindən 3130 ton tullantı Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmişdir. Bu tədbirlərin həyata keçirilməsi Sumqayıtın ekoloji durumuna öz müsbət təsirini göstərməkdədir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkəmizin iqtisadi, siyasi inkişafındakı uğurları bəzi dairələri rahat buraxmır və arqument olmayanda hər cür vasitələrə əl atılır. Bu baxımdan Amerikada yerləşən Blacksmith İnstitutu və İngiltərənin “Mercer Human Resource Consulting” təşkilatları - hansı ki, bunlar ictimai təşkilatlardır və hərəsi 3-4 nümayəndədən ibarətdirlər - bir-biri ilə ziddiyyət təşkil edən qondarma reytinq cədvəlləri düzəldərək yaymağa çalışmaları və bu cəhdlərin ölkəmizlə bağlı ayrı-ayrı vacib hadisələrin ərəfəsində baş verməsi çox simptomatikdir. Biz problemlərimizi gizlətmirik və sağlam tənqidi yüksək qiymətləndiririk. Lakin qeyd etmək istərdik ki, problemlərin həllinə təşviq etməyən, yalan, çaşdırıcı və sifarişli məlumatların yayılması həmin təşkilatların özü üçün rüsvayçılıqdan başqa bir şey deyildir.

Cənab Prezident, Sərəncamınızla təsdiq olunmuş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramın yerinə yetirilməsi ilə bağlı xeyli iş görülmüşdür. Hazırda 49,4 min hektar ərazidə meşəsalma və meşəbərpa işləri aparılmışdır ki, 2008-ci ilin birinci rübündə bunun 1150 hektarı yeni meşələrin salınması ilə bağlıdır.

Meşələrin artırılması sahəsində görülmüş işlərlə yanaşı, mövcud meşələrin qırılmasına şərait yaradan təqsirkar şəxslər barəsində lazımi tədbirlər görülür. Təkcə 2008-ci ilin birinci rübündə 300-dən çox iddia qaldırılmışdır. Həmin dövrdə 27 meşə işçisi vəzifəsindən azad olunmuş və 67 nəfər barədə inzibati tənbeh tədbirləri görülmüşdür. Əfsuslar olsun ki, rayonlarda meşələrin qırılmasına bilavasitə şərait yaradan səbəblərdən biri də meşə işçilərinin müəyyən problemlərlə üzləşməsidir. Bu istiqamətdə cərimələrin artırılması və cavabdeh şəxslərin cəzalandırılaraq işdən azad olunması belə lazımi səmərə vermir. Meşə fonduna aid olmayan torpaqlarda cavabdeh strukturların mövcud olmasına baxmayaraq, bir çox hallarda yaşıllıqların qırılması faktlarına rast gəlinir.

Zati-aliləri, cənab Prezident, ölkəmizin siyasi gücü artdıqca, iqtisadiyyatı inkişaf etdikcə, insanlar daha yaxşı yaşadıqca, vətənimizin daha gözəl, göz oxşayan olması üçün işlərin görülməsi də Sizin diqqət mərkəzinizdədir. Tapşırığınızla Bakı Dağüstü Parkının landşaft dizaynının tərtib edilməsi üçün tenderdə qalib gəlmiş Almaniya və Avstriya şirkətlərinin iştirak etdiyi qrup tərəfindən həmin ərazilərin bir hissəsinin dizayn maketləri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilmişdir. Hazırda növbəti layihə təklifləri nəzərdən keçirilmək üçün Nazirlər Kabinetinə təqdim olunmuş, həmin ərazilərin yaşıllaşdırma işlərinin planı tərtib edilmişdir.

Cənab Prezident, “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” Sərəncamınıza əsasən 3,5 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitə toxunmadan daxili imkanlar hesabına 28 kilometr məsafədə yolun hər iki tərəfində torpaq hamarlama və gübrələnmə işləri aparılmış, 100 min ağac əkilərək onların maşınlarla suvarılması təmin olunmuşdur. Eyni zamanda, tender elan olunmuş və qalib gəlmiş Bolqarıstan şirkəti ilə bağlanmış müqavilə üzrə sifariş olunmuş 22 min 638 ədəd müxtəlif çeşiddə dekorativ ağac və kol bitkilərinin bir hissəsi artıq respublikaya gətirilərək əkilmiş və bu iş yəqin ki, yaxın 10-15 gündə başa çatacaqdır. Həmin işləri nümayiş etdirən materialları icazənizlə Sizə təqdim edirəm.

Sizin tapşırığınızla müasir texnologiya üzrə damcı suvarma sisteminin quraşdırılması məqsədi ilə ayrılmış vəsaitin yerdə qalan 2,7 milyon manatı hesabına görüləcək işlərlə bağlı tenderdə bu sahədə ən qabaqcıl texnologiyaya malik İsrail şirkəti qalib gəlmiş və Azərbaycanda ilk dəfə həmin sistemin quraşdırılmasına başlanmışdır. Bu işlər də sürətlə aparılır və qısa müddətdə başa çatdırılacaqdır. Damcı suvarma sisteminin tətbiq olunması su itkisinə yol verməməklə bərabər, torpaqların şoranlaşmasının da qarşısını alacaqdır. Bu sistemin tətbiqi suvarmaya qat-qat az vəsaitin sərf edilməsi və ağacların bitmə faizinin yüksək olması hesabına qoyulmuş vəsaitin qısa müddətə qaytarılmasını təmin edəcəkdir. Görülən islər nəticələrin uğurlu olacağına əminlik yaradır.

Müvafiq Sərəncamınıza əsasən çoxillik ağacların onlara ziyan vurulmadan başqa yerlərə köçürülməsində istifadə olunan xüsusi təyinatlı texnikanın 3 ədədi Almaniyanın MAN şirkəti tərəfindən artıq respublikamıza gətirilmiş, qısa müddətdə daha 4-nün gətirilməsi gözlənilir.

Müasir dünyada təbiətə qayğının əsas güstəricisi biomüxtəlifliyin mühafizəsi sayılır. Cənab Prezident, şəxsən Sizin diqqətiniz sayəsində Azərbaycan bu sahədə beynəlxalq liderlik mövqeyini qoruyub saxlamışdır. Qısa müddətdə respublikamızda 8 milli park, 4 qoruq, 3 yasaqlıq yaradılmış, 5 mövcud qoruğun ərazisi genişləndirilmiş, 3 təbiət abidəsi təşkil edilmişdir. Yeni Milli Park və qoruqlarda, o cümlədən bu günlərdə imzaladığınız Sərəncamla yaradılmış Göygöl milli parkı və Korçay qoruğunun zəruri infrastrukturunun yaradılması istiqamətində də işlər sürətlə aparılır. Təkcə 2008-ci ilin birinci rübündə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində həmin ərazilərin ümumi sahəsi 730 min hektardan artıqdır ki, bu da ölkə ərazisinin 8,5 faizini təşkil edir.

Respublikada biomüxtəlifliyin və təbii landşaftların daha da inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Belə ərazilərdən biri, İslam dinindən də əvvəl qədim məbəd və pirlərin olması hesabına özünəməxsus qeyri-adi aurası ilə fərqlənən və vaxtilə son dərəcə ecazkar landşafta malik, Azərbaycanın ən yüksək və bənzərsiz gözəlliyi ilə göz oxşayan dağlarla əhatə olunmuş 3 min metr yüksəklikdə yerləşən “Şahyaylaq” dağ vadisi intensiv otarma nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Vəziyyətdən çıxış yolu kimi, torpaq qatının və bitki örtüyünün bərpasını təmin etmək və beynəlxalq əhəmiyyətli müasir infrastruktura malik ekoturizm mərkəzi təşkil olunmaqla həmin ərazilərdə dağ landşaft qoruğunun yaradılması məqsədəmüvafiq olardı.

Cənab Prezident, Sizin səyləriniz sayəsində ölkənin sürətli iqtisadi inkişafi mineral xammal bazasına olan tələbatı daha da artırmışdır. Nazirlik yarandığı dövrdən ötən müddət ərzində həyata keçirilmiş tədbirlər nəticəsində Çovdar, Kürəkçay və digər ərazilərdə aşkarlanmış və bir çoxlarının mövcudluğuna və zənginliyinə şübhə ilə yanaşdığı yataqların işlənilməsi ilə bağlı artıq aparıcı beynəlxalq konsorsiumlarla müqavilələr bağlanaraq praktiki işlərə başlanmışdır. Bunun sayəsində yeni istehsal müəssisələri yaradılır, əsasən gənclər yeni iş yerləri ilə təmin edilirlər. Son dövrdə isə Xanlar, Daşkəsən, Qəbələ, Oğuz, Quba və Qusar rayonlarının ərazilərində əlvan və nadir metallarla zəngin yeni zonalar aşkarlanmışdır. Hazırda geoloji kəşfiyyat işlərində istifadə olunan texnika və avadanlıq nisbətən köhnəlmişdir. Bu sahənin maddi-texniki bazasının yeniləşdirilməsinin vaxtı çatmışdır. Əgər bu işlərə indi başlamasaq, sonra bunu yenidən sıfırdan başlamaq ehtiyacı yarana bilər.

Hörmətli cənab Prezident, icazə verin, Sizi əmin edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin on minlik kollektivi Sizin əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcəkdir.

Diqqətinizə görə çox sağ olun.

X X X

Prezident İlham Əliyev iclasa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın Baş Konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib