Ekologiya və təbii sərvətlər naziri şikayətlərin araşdırılması ilə bağlı əmr imzalayıb
Bakı, 12 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında vətəndaşların özləri iştirak etsələr də, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən bir sıra hallarda görülən işlərin yekun nəticələri təhrif olunur və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu isə ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salaraq yanlış fikirlərin formalaşmasına gətirib çıxarır. Bununla əlaqədar ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər naziri əmr imzalayıb.
Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]