Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri torpaq sürüşməsinin səbəbini tapıblar
Bakı, 2 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri Hacıqabul rayonu ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar həmin əraziyə baxış keçirmişlər.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı ərazidə baş verən torpaq parçalanmasının Qərbi Xəzər lineamentinin fəallaşması nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. Bu translitosfer yarığının üzərində yerləşdiyinə görə Hacıqabulda martın 5-də 3,5 bal gücündə zəlzələ baş vermiş, Qobustan rayonu ərazisində isə martın 13-də Şıxzairli, Ərəbşahverdi və Kürsəngi-Xıdırlı sahəsindəki palçıq vulkanları fəallaşmışdır.
Neotektonik aktivləşmə nəticəsində Muğanlı, Şərədil və Acıdərə sürüşmə sahələrində də fəallıq müşahidə olunmuş, Şirvan-Salyan magistral avtomobil yolunda və Yeni Xələc kəndində evlərdə çatlar əmələ gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]