“Ekologiyasız həyat yoxdur” layihəsinin açılışı olub
AZƏRTAC xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirdə çıxış edərək deyib ki, birlik tərəfindən hər zaman gənclər üçün maraqlı layihələr təşkil edilir və bu da onların maariflənməsinə töhfə verir.
Sonra ekspert Ramil Nəzərov “İSO 14001 Ətraf mühitin mühafizəsi və ona təsir edən amillər” mövzusu ilə bağlı gənclərlə müzakirələr aparıb.
Təlim sentyabrın 11-də davam edəcək. Həmçinin gənclər üçün ekoloji tur da təşkil ediləcək.
Layihə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 11-ci bəndini - “Ətraf mühitin qorunması və ekologiya məsələləri”ni əsas tutaraq icra edilir. Məhz buna görə də YAP Gənclər Birliyi sentyabr ayını “Ekologiya ayı” elan edərək ekoloji layihələr həyata keçirir. Bir ay boyunca hər həftənin 5-ci günü təlimlər, 6-cı günü isə ekoloji turlar təşkil ediləcək.
Sentyabrın 30-dək davam edəcək layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq. Layihənin sonunda videoçarx da hazırlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]