EKOLOJİ BAXIMDAN TƏMİZ ÖLKƏLƏRİN REYTİNQİ TƏRTİB EDİLMİŞDİR
Bakı, 6 sentyabr (AZƏRTAC). “Economist” jurnalı ekoloji baxımdan təmiz ölkələrin reytinqini tərtib etmişdir. Siyahıya gölləri və dağları ilə məşhur olan İsveçrə başçılıq edir.
İkinci yeri fiord və şəlalələr torpağı olan Norveç, üçüncü yeri isə İsveç tutur. Qonaqlara şimal işığı şəlaləsi bəxş edən bu ölkədə ağ qumsallı çimərliklərdən, dağ və çəmənlərdən, 24 minədək sayrışan adalar massivindən həzz almaq mümkündür. Toxunulmamış təbiəti ilə qibtə doğuran Finlandiya dördüncü yerdə qərarlaşmışdır.
Beşinci yerə isə Kosta-Rika sahib olmuşdur. Qoruqları və milli parkları ilə tanınan Kosta-Rika müxtəlif ekosistemlər və istirahət növləri, o cümlədən yaşı milyon illərlə ölçülən tropik meşə, vulkanlara gəzinti və yürüşlər təklif edir.
Reytinqə Avstriya, Yeni Zellandiya və Latviya kimi ölkələr də daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]