Ekoloji qanunvericiliyi pozanlar cərimələnmişlər
Bakı, 21 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları mayın 1-dən 15-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsində, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılmasında hüquqi və fiziki şəxslər tərəfindən yol qanun pozuntuları aşkar edilmişdir. Qanun pozucularına qarşı 132 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 58 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə isə ətraf mühitə dəymiş ziyana görə 750 min 775 manat məbləğində cərimə tətbiq olunmuş, 1617.1 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 20 min 681.33 manat məbləğində ödəmə tətbiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]