Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 269 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 68 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 64 iş üzrə 371 min 200 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 47 iş üzrə 9765.11 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 199 iş üzrə 38699.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 31, məhkəmələrə isə 3 iş göndərilib.