Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Türkiyədə bələdiyyələrin bir çox probleminin həlli kimin seçiləcəyindən asılıdır

Ekspert: Türkiyədə bələdiyyələrin bir çox probleminin həlli kimin seçiləcəyindən asılıdır

İstanbul, 30 mart, Günel Karatepe, AZƏRTAC

Sabah Türkiyə yenidən seçkiyə gedir. Ölkədə prezident seçkiləri qədər mühüm olan yerli özünüidarə orqanlarına seçkilərdə Türkiyənin 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Türkiyəli iqtisadi ekspert, yazıçı Sadi Özdemir AZƏRTAC-a müsahibəsində bu səsvermənin nəticəsinin beş il əvvəlki seçkilərdən daha aydın göründüyünü deyib.

“Müxalifət 2019-cu ildə böyük şəhərlərdə bələdiyyə seçkilərini qazandığı üçün ötənilki prezident seçkilərində də iddialı idi. Lakin gözlədikləri nəticəni ala bilmədilər. Prezident seçkilərini Rəcəb Tayyib Ərdoğanın qazanması əvvəlki seçkidə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) Cümhuriyyət Xalq Partiyasına (CHP) keçən bəzi bələdiyyələrin yenidən AK Partiyə qayıtması ehtimalını da olduqca artırdı”, - deyə Özdemir bildirib.

Bu seçkidə İstanbul, Adana, Əskişəhər kimi şəhərlərin bələdiyyə sədrlyinin AK Partiyə qayıtması ehtimalının yüksək olduğunu, Cumhur İttifaqının daha çox uğur qazanacağını düşündüyünü qeyd edən müsahibimiz deyib: “Ümumi ictimai rəyə baxdıqda, xüsusilə böyük şəhərlərdəki əsas problemlər baxımından müxalifətlə bağlı böyük ölçüdə məyusluq olduğunu görürük. Misal üçün, ötən beş ildə İstanbulun yenidən qurulması işləri daha sürətli aparılmalı idi. Hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu ötən seçki kampaniyasında yüz min mənzilin yenidən inşasına söz vermişdi. Lakin bu rəqəm yeddi mindən yuxarı qalxmadı. İstanbulun əsas problemlərindən olan nəqliyyat, relsli sistem, metro və ümumiyyətlə sərnişindaşımaya daha çox sərmayə qoyulacağı ilə bağlı da vədlər verilmişdi. Bu sahə və ümumiyyətlə bələdiyyənin gündəlik xidmətləri üzrə böyük axsamalar oldu. Belə misalları CHP-nin idarə etdiyi digər şəhərlər üçün də çəkmək olar”.

Müxalif partiyalar arasında ziddiyyətlərin meydana gəldiyini, eləcə də sədrliyə uyğun olmayan namizədlərin irəli sürüldüyünü qeyd edən müsahibimiz deyib ki, bu kimi amillər seçicilərin hakim partiyanın namizədinə üstünlük verəcəyi ehtimalını artırır: “Ötən il Türkiyədə keçirilən prezident seçkilərindən sonra müxalifət üç yerə bölündü və hər tərəf bir-birinin ziddinə ifadələr işlətdi. Fikrimcə, bu seçkilərdə müxalifətin uğursuz nəticə göstərəcəyi təqdirdə CHP-də yenidən sədr keçirilə bilər ki, burada da Kamal Kılıçdaroğlunun öz namizədliyini irəli sürməsi istisna deyil”.

Özdemir AK Partinin bu seçkiləri qazanacağı təqdirdə böyük şəhərlərdə, misal üçün İstanbulda irimiqyaslı layihələrin icrasına başlanacağını vurğulayıb: “Təbii fəlakətlərə qarşı İstanbulun yenidən qurulması, son beş il ərzində şəhərdə artan nəqliyyat sıxlığının aradan qaldırılması, sənaye infrastrukturunun yenilənməsi, bələdiyyələrin sosial dəstəkləri kimi bir çox yerli problemin həlli sabah keçiriləcək səsvermədə kimin seçiləcəyindən asılıdır. Düşünürəm ki, bütün bu kimi məsələlərin həllinə xalqı kim daha çox inandırıbsa o da seçiləcək. Əlbəttə, burada vətəndaşların seçimi əsasdır və hər birimizin buna hörmətlə yanaşması vacibdir”.

Qeyd edək ki, seçki ilə əlaqədar ölkə üzrə 250 min 903 sandıq qurulub. Səsvermə hüququna malik 61,4 milyondan çox Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri ilk dəfə səs verəcək. Seçkilərdə hakim AK Parti da daxil olmaqla, ümumilikdə 34 siyasi partiyanın namizədləri yarışacaq.

Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə paytaxtın Keçiören rayon bələdiyyəsinin hazırkı sədri Turqut Altınokdur. Ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.

Türkiyənin əksər əyalətlərində seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 17.00-a qədər açıq olacaq. Eyni zamanda, Türkiyə Yüksək Seçki Komissiyasının qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, 32 vilayətdə səsvermə saat 07.00-dan 16.00-dək keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub