Ekvador millisi baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 1 iyul, AZƏRTAC
Futbol üzrə Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese vəzifəsindən ayrılıb.
AZƏRTAC xəbər verir ki, buna komandanın ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında mübarizəni dayandırması səbəb olub.
Ekvador yığması mundialın 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmadan sonra argentinalı mütəxəssis komandadakı fəaliyyətini başa vurduğunu açıqlayıb.
“Bu macəraya görə minnətdaram. Əlbəttə, yolumuza davam etməyi və qələbə qazanmağı istərdim. Amma futbolun qanunları belədir, nəticələr həlledici rol oynayır. Bu gözəl kollektivlə vidalaşıram. Əlimizdən gələni etdik və buna görə daxili rahatlıq hissi keçirirəm”, – deyə Bekkasese bildirib.
Ekvador Futbol Federasiyası ilə Sebastyan Bekkasese arasında müqaviləyə əsasən, baş məşqçinin komandadakı gələcəyi yığmanın dünya çempionatındakı çıxışından asılı idi. Meksikaya məğlubiyyətdən sonra tərəflər əməkdaşlığı başa çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]