Əl-Cəzirə telekanalının müxbiri Almaniyada həbs olunub
Bakı, 21 iyun, AZƏRTAC
Əl-Cəzirə televiziyasının tanınmış müxbiri Əhməd Mansur Berlinin Tegel hava limanından Qətərə yola düşmək istəyərkən saxlanılıb.
AZƏRTAC xarici KİV-lərə istinadən məlumat verir ki, 52 yaşlı jurnalist Misir hökumətinin tələbi ilə həbs olunub.
Çalışdığı telekanalla əlaqə saxlayan Əhməd Mansur bildirib ki, bazar ertəsinədək nəzarət altında saxlanılacaq və daha sonra alman hakimin qarşısına çıxarılacaq.
Xatırladaq ki, Ə.Mansurun həbsi Misir prezidenti Abdel Fəttah əl-Sisinin Almaniyaya səfəri və kansler Angela Merkellə görüşündən iki həftə sonra baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]