Azərbaycan Dövlət İnformasiya Agentliyi

El sənətini yaşadanlar və ya şəbəkə ustası Hüseyn Hacımustafazadənin sənət dünyasına səyahət

Şəki, 19 noyabr (AZƏRTAC). Qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri əsrlər boyu sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Şəki sənətkarlarının tarixən əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatmışdır. Onların istehsal etdikləri məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da yol tapmışdır.

El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. İpəkçilik, papaqçılıq, misgərlik, dəmirçilik, dulusçuluq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil etmişdir.

Şübhəsiz, Şəki sənətkarlığından söz düşəndə şəbəkə sənəti xüsusi qeyd olunur. Yaxın və Orta Şərq memarlığında və dekorativ-tətbiqi sənətində bədii konstruktiv forma olan şəbəkə Azərbaycan memarlığında IX-XII əsrlərdən tətbiq edilməyə başlanmışdır. Şəbəkədə ağacdan hazırlanmış ayrı-ayrı hissələr bir-birinə geydirilir və bənd edilir. Bu zaman yapışqan, mismar və digər bərkidici materiallardan istifadə olunmaması şəbəkənin səciyyəvi xüsusiyyətlərindəndir.

Şəkidə bu qədim el sənətini yaşadanlardan biri də bərpaçı şəbəkə ustası Hüseyn Hacımustafazadədir. 1973-cü ildə Şəki şəhərində anadan olmuş Hüseyn 1988-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Respublika Elmi-Bərpa İstehsalat İdarəsində şəbəkə ustası köməkçisi kimi fəaliyyətə başlamışdır. O, 1988-1997-ci illər ərzində Şəki şəhərindəki XIX əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin, Şəkixanovların ev-muzeyinin və digər tarixi abidələrin bərpasında yaxından iştirak etmişdir. 1998-1999-cu illərdə Bakıda Şəhidlər məscidinin tikilməsində, interyerinin bəzədilməsi və pəncərələrinin yığılmasında, 2007-ci ildə Gəncə şəhərindəki “Şah Abbas”, 2008-ci ildə isə Bərdədəki “İmamzadə” məscidlərinin pəncərə şəbəkələrinin bərpasında usta Hüseynin böyük əməyi olmuşdur.

Şəbəkə sənətinin özünəməxsus xüsusiyyətləri və incəlikləri barədə fikirlərini AZƏRTAC ilə bölüşən Hüseyn Hacımustafazədə sərbəst olaraq ilk şəbəkəni 1990-cı ildə yaratdığını, bu əsəri satmaq fikrində olmadığını və beş ildən artıq özündə saxladığını bildirmişdir. 1995-ci ildə Azərbaycanda ilk dəfə xalq sənətkarlarının respublika baxış-müsabiqəsinin keçirildiyini xatırladan usta Hüseyn ilk əl işini məhz həmin müsabiqəyə təqdim etdiyini, əsərinin ağac üzərində oyma bölməsi üzrə birinci yeri tutduğunu diqqətə çatdırmışdır. Şəbəkə ustası bu hadisədən çox sevindiyini, bu uğurun onun gələcək fəaliyyətinə çox böyük təsir göstərdiyini bildirmişdir.

Hüseyn Hacımustafazadə 2002-2004-cü illərdə Almaniyanın “Den Kmalkoh Ege Meckhembelq GMB” şirkəti ilə bağlanmış müqavilə əsasında Şəki xanları sarayının bərpasında yaxından iştirak etmiş, sarayın qapı və pəncərələrini, tavanın böyük bir hissəsini yüksək ustalıqla bərpa etmişdir. Usta Hüseyn dediyinə görə, şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 min detal hissə və rəngli şüşə düşür. Bu o deməkdir ki, hissələr son dərəcə kiçikdir, bu səbəbdən onları əl ilə, barmaqla tutub yığmaq mümkün deyildir və mütləq xüsusi maqqaşdan istifadə olunmalıdır. Hər bir hissənin yığımı və tam hazır vəziyyətə gətirilməsi üçün onun üzərində 10-14 əməliyyat aparmaq lazım gəlirdi.

Bərpaçı ustanın bildirdiyinə görə, bu zaman əsas çətinliklərdən biri də rəngli şüşələrlə bağlı idi. 250 il əvvəl bu saray tikilərkən şəbəkənin hazırlanmasında istifadə olunan rəngli şüşələr Venetsiyadan gətirilmişdi. Həmin şüşələrin qalınlığı bir millimetr idi. Sarayın bərpası zamanı usta Hüseyn və köməkçiləri Rusiyanın Bryansk şəhərindən gətirilmiş rəngli şüşələrlə işləyirdilər. Bu şüşələrin qalınlığı 3 millimetr olduğundan şəbəkənin xırda hissələrini hazırlayarkən onlarla işləmək çox çətinlik yaradırdı. Sonradan Almaniyadan sifariş əsasında gətirilmiş şüşələrin qalınlığı da 2 millimetr olmuşdur. Lakin bütün çətinliklərə baxmayaraq, usta Hüseyn və köməkçiləri Xan sarayının bərpasını vaxtında və yüksək keyfiyyətlə başa çatdırmışlar.

Hüseyn Hacımustafazadənin dediyinə görə, ən çox bəyəndiyi əl işi “Kəhkəşan” şəbəkəli kompozisiyadır. Xalçaya bənzəyən bu əsər 3 növ şəbəkənin birləşməsindən hazırlanmışdır. Altı aya ərsəyə gələn bu sənət əsərində 5 minə yaxın xırda detaldan istifadə olunmuşdur. Sənətkar həmin əsərlə həvəskar rəssamların və tətbiqi sənət ustalarının paytaxtda keçirilən işlərindən ibarət respublika baxış müsabiqəsində iştirak etmiş və dekorativ tətbiqi sənət nümunələri üzrə birinci yeri tutmuşdur.

Əsrlər boyu şəbəkə düz lövhə şəklində hazırlanmışdır. Hüseyn Hacımustafazadə 2009-cu ildə hazırladığı kürə şəkilli şəbəkə ilə şəbəkəçilik sənətinə yenilik gətirmişdir. Dünyada bənzəri olmayan bu şəbəkə 1800 detal hissə və şüşədən quraşdırılmışdır. Bu əsər 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görülmüşdür. Ümumiyyətlə, bərpaçı şəbəkə ustası indiyədək Efiopiya, Madaqaskar, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrdə təşkil olunan sərgi və müsabiqələrdə, habelə 2010-cu ildə Bakıda keçirilən Beynəlxalq turizm sərgisində iştirak etmiş, uğur qazanmışdır.

Hüseyn Hacımustafazadə qədimdən bu günümüzə miras qalmış şəbəkə sənətini yaşatmaq üçün onun sirlərini gənclərə həvəslə öyrədir. Ustanın dediyinə görə, 12 nəfər şagirdi vardır. Şəbəkə çətin sənət olduğundan bəzi şagirdlər sonadək davam gətirə bilmirlər. Çətinliyi görəndə yayınır, başqa sahələrə üz tuturlar. Həddindən artıq marağı olan 1-2 nəfər sonadək dözür, bu sənətin sirlərinə yiyələnir. Şəbəkə sənətini mükəmməl öyrənmək üçün bir neçə il fasiləsiz məşğul olmaq lazımdır.

Usta Hüseyn hazırda Şəki şəhərindəki “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “Sənətkarlar evi”ndə digər sənətkarlar kimi, yaradıcılıq fəaliyyətini davam etdirir. Şəkiyə gələn xarici turistlər onun yaradıcılığının bəhrəsi olan şəbəkəyə həddindən artıq maraq göstərir, onun hazırlanması prosesi ilə tanış olur, kiçik ölçülü suvenir-şəbəkələri həvəslə alırlar.

Sevindirici haldır ki, Şəkidə tarixən formalaşmış mədəni irsin qorunmasına diqqət heç vaxt azalmır, əksinə, itib-batmaqda olan qədim el sənətlərinin dirçəldilməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür. 2007-ci ildə bu şəhərdə “Sənətkarlar günü”nün bayram edilməsi, 2010-cu ildə Şəkinin “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsi, şəhərdə “Sənətkarlar evi”nin fəaliyyətə başlaması Şəkidə sənətkarlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərməkdədir.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO