Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
Ağdam, 29 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu Ağdamın tarixi mərkəzi hissəsində, Üzərliktəpədə, İmarət kompleksində, Qiyaslı, Cümə məscidlərində, Şahbulaq qalasında, qəbiristanlıqlarda olacaq və müvafiq qeydiyyat işləri aparacaq.