Əlcəzair portalı: Minalar Azərbaycanın azad olunmuş ərazilərində bərpa işlərinə ən böyük maneədir
Qahirə, 6 noyabr, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zəfər Günü münasibətilə keçirilən təbirdə mina problemlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işlərinə ən böyük maneə olması barədə fikirlərini yayıb.
AZƏRTAC-ın xəbərinə istinadla yayılan materialda diqqətə çatdırılıb ki, azərbaycanlı nazir erməni işğalından azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsinin, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə geri dönüşünün təmin olunmasının prioritet məsələ olduğunu deyib. C.Bayramov vurğulayıb ki, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə aparılır, lakin bu prosesə ən böyük maneə mina problemidir. Nazir əlavə edib ki, müharibənin başa çatmasından indiyədək 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub, 45 nəfər həyatını itirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]