Əli Əkbər Vilayəti: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır
Tehran, 6 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, BMT-nin Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.
Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:20]
Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
- 27.10.2026 [18:26]
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
- 27.10.2026 [18:07]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 27.10.2026 [17:57]