Əli Əsədov: Ötən ildə ÜDM-in həcmi 123 milyard manat təşkil edib
Bakı, 15 mart, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizlə işğala son qoyulduqdan sonra ölkəmizin qarşısında yeni dövr açılıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, müasir tariximizdə və inkişafımızın yeni dövründə qarşıda yeni vəzifələr dayanır.
Onun sözlərinə görə, ötən il ÜDM-in həcmi 123 milyard manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. Eyni zamanda, qeyri-neft sənayesi 8 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]