ƏLİAĞA VAHİDİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakının Maştağa qəsəbəsində şairin adını daşıyan 293 nömrəli orta məktəbin müəllim və şagird kollektivlərinin, incəsənət və muğam ustalarımızın, yazıçı və şairlərimizin, ümumiyyətlə, vahidsevərlərin iştirak etdiyi tədbiri poeziya evinin direktoru Hacı Şahin Verdiyev açaraq, Azərbaycan ədəbiyyatında Vahidin xidmətlərindən söz açmış, onun ənənələrinin bu gün də davam etdirilməsindən danışmışdır.
Adıçəkilən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynəb Əliyeva məktəbdə Vahidlə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermiş, şagirdlər şairin şeirlərindən ibarət bədii kompozisiya göstərmişlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Əlfaim Əziz Əliağa Vahidin zəngin həyat və yaradıcılığından söz açmış, şair Oqtay Zəngilanlı görkəmli sənətkara həsr etdiyi şeirini oxumuşdur.
Şairin büstü önünə tər gül-çiçək dəstələri qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]