ƏLİL QADINLARIN ƏL İŞLƏRİNİN SATIŞ SƏRGİSİ AÇILMIŞDIR
Qafqazda qadınlara qarşı zorakılıq əleyhinə 16 günlük aksiya çərçivəsində Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun və Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Miniatür Mərkəzində “Zorakılıq əleyhinə birgə” devizi altında əlil qadınların əl işlərindən ibarət satiş sərgisi açılmışdır.
Təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, xeyriyyə məqsədi ilə keçirilən sərgidə 100 nəfərin təqdim etdiyi müxtəlif janrlarda 200-dək təsviri sənət nümunəsi, habelə konservləşdirilmiş cürbəcür ərzaq məhsulları nümayiş olunur. Məqsəd əlil sənətçiləri və istehsalçıları fəal həyat şəraitinə həvəsləndirməkdir. Sərgidə əllə toxunmuş xalçalar, divanüstü dəstlər, naxışlı corab və jaketlər diqqəti daha çox cəlb edir.
Gənclər, İdman və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Gənc Hüquqşünaslar Birliyinin, Əlil Qadınlar Cəmiyyətinin və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin təkilatçılığı ilə keçirilən sərgi dekabrin 6-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]