“ƏLİLLƏRƏ MƏRHƏMƏT” HƏFTƏSİ BAŞLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 26-dan etibarən respublikamızın hər yerində “Əlillərə mərhəmət” həftəsi başlanmış, yerli təşkilatlara tədbirlə bağlı təlimat verilmişdir.
BMT Baş Məclisinin qərarı ilə 1992-ci ildən başlayaraq hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər günü kimi qeyd edilir.