Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 23 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]