Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi: Bu bizim üçün böyük motivasiyadır
Bakı, 3 dekabr, AZƏRTAC
“İlk dəfədir ki, əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinə qatılıram və birinci yerin qalibi oldum. Buna görə də özümü xoşbəxt hiss edirəm”.
Bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qalibi Gülnarə Abbasova deyib.
G.Abbasova müsabiqədə muncuqlarla toxunan suvenir nominasiyası üzrə qalib olduğunu bildirib. Bildirib ki, muncuqdan güzgü, xına mərasimi üçün gəlin səbəti, şamdan və çanta hazırlayıb: "Belə bir müsabiqənin keçirilməsi və yeni işlərə imza atmaq bizim üçün böyük bir motivasiyadır. Növbəti müsabiqədə də iştirak etməyi planlaşdırıram".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]