“Elm” qəzetinin növbəti nömrəsində...
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin ilk səhifəsində “Ölkə Prezidenti İlham Əliyev: Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindəndir” başlıqlı geniş material yer alıb.
Mətbu orqanın ikinci səhifəsində “Akademik Ramiz Mehdiyev Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işləri ilə tanış olub” sərlövhəli məqalədə ev-muzeyinin açılışına dair ətraflı məlumat verilib.
“Prezident İlham Əliyev Paşinyana növbəti dəfə dərs keçdi”, “İrəvan şəhəri necə varsa” monoqrafiyası nəşrə hazırlanır”, “MEK-də Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb”, “AMEA-nın birinci vitse-prezidenti beynəlxalq onlayn konfransda” sərlövhəli yazılarla qəzetin üçüncü səhifəsində tanış olmaq olar.
“Elm” qəzetinin iyun buraxılışında, həmçinin “Tibbi maska, sosial məsafə və dezinfeksiya vasitələri gündəlik həyatımızın normasına çevrilməlidir”, ”Yüksək Texnologiyalar Parkının yeni rezidentlərinin layihələri müzakirə edilib”, “AMEA-nın akademik-katibi yeni modelləşdirmə metodu hazırlayıb”, “Azərbaycan ordusunun tarixinə baxış”, “Dünya tarixində pandemiyalar” adlı məqalələr, eləcə də AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun müsahibəsi, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin tanınmış geofizik alim, Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirovun 70 illik yubileyi münasibətilə qələmə aldığı məqaləsi yer alıb.
Bundan əlavə, nəşrdə AMEA-da keçirilən yay imtahan sessiyası, bioloji müxtəlifliyin aradan qaldırılması istiqamətində, o cümlədən Kürün səviyyə problemi ilə bağlı aparılan tədqiqatlar, Zoologiya İnstitutu əməkdaşlarının respublikanın bir sıra rayonlarına təşkil edilən ekspedisiyaları, Yüksək Texnologiyalar Parkında Estoniyanın nüfuzlu şirkətinin nümayəndələri ilə keçirilən görüş, Azərbaycan alimlərinin dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, Azərbaycanda qurulacaq 22 yeni seysmik stansiya, həmçinin dördüncü sənaye inqilabı və s. barədə məlumatlar, sağlamlığımız üçün elmi tövsiyələr oxuculara təqdim edilir.
İyirmi səhifəlik qəzetdə, həmçinin rus dilində məqalələr əksini tapıb.
Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.