Elmi İnnovasiyalar Mərkəzində Xocalı şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalıda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə bu elm müəssisəsinin baş direktoru, professor Fərman Qasımov çıxış edərək demişdir ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etməklə bu faciəni törətmişlər. Xocalının 613 nəfər sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Xocalılılardan 1275 nəfəri əsir, 150 nəfəri itkin düşmüşdür. İtkin düşənlərin taleyi bu günədək məlum deyildir.
Diqqətə çatdırılmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Digər çıxış edənlər də erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu soyqırımı heç zaman yaddaşlardan silinməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]